Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto
Nicat saç əkdirməyi planlaşdırır
 Meryem qız anası oldu
Fatimə oğluna hansı qadağaları qoyub?

Facebook instagram Twitter Youtube
FİLM

“Rasim Ocaqov” fəxri təqaüdü tələbəyə veriləcək

03-11-2020


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” fəxri təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

Mtv.az xəbər verir ki, ittifaq Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüdü yeni tədris ili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğu ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verib.

Görkəmli kinorejissorun adına olan təqaüdə İttifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan, maddi-sosial vəziyyəti nəzərə alınaraq təhsilinə dəstək məqsədilə ödənişli əsaslarla təhsil alan 4-cü kurs tələbəsi Vüsal Hacıyev layiq görülüb. Artıq onun ilk təqaüdü bu ay öz hesabına köçürülüb.

79 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar


















15 Yanvar