FİLM
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
28-10-2020

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.
Mtv.az xəbər verir ki, Nizami Kino Mərkəzinin mətbuat xidmətinin məlumatına görə, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.
“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - kino mərkəzdən bildirilib.
112 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral
26 Fevral