Hollivud ulduzu boşanmağa qərar verdi
Repçi müğəniyə 450 min dollar ödəyəcək - video
Mərhum meyxanaçı ilə bağlı yuxusunu danışdı
Tuğba Ekinci Tatlısəsə sürpriz edəcək - foto

Facebook instagram Twitter Youtube
FİLM

ANİMAFİLM Festivalı uşaqlara Qarabağ həqiqətlərini çatdırdı

19-10-2020


III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 14-18 oktyabr 2020-ci il tarixində onlayn və canlı formatda Bakı şəhərində keçirilib.

Mtv.az xəbər verir ki, ANİMAFİLM Festivalının direktoru, Avropa Animasiya Mükafatının səfiri Rəşid Ağamalıyevin məlumatına görə, builki ANİMAFİLM Festivalının əsas məqsədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi və qanuni əraziləri uğrunda mübarizə apardığı dövrdə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir: "Bu il əyləncə xarakteri daşıyan müsabiqədə proqram nümayiş etdirilməyəcək, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır".

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının bəyanatında da qeyd olunduğu kimi, bu il əyləncə xarakteri daşıyan müsabiqədə və müsabiqədənkənar proqramlar nümayiş etdirilməyəcək, yalnız uşaqlar və gənc animasiya həvəskarları üçün maarifləndirici seminarlar, rəsmi xarakter daşıyan açılış və bağlanış mərasimi həyata keçiriləcək.

Festivalın bağlanış mərasimi oktyabrın 18-də keçirilib.

 

92 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Yanvar
















22 Yanvar