Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
FİLM

Türk Dünyası Sənədli Film Festivalının proqramı elan olundu

17-10-2020


Türkiyədə keçirilən V Türk Dünyası Sənədli Film Festivalının əsas müsabiqə proqramı elan olunub.

Mtv.az xəbər verir ki, əsas müsabiqədə ölkəmizi “Salnaməfilm” studiyasının istehsalı olan rejissor Vəli Səyyadinin “Hapıtlar” filmi təmsil edir. Bu dəfə tələbə filmləri kateqoriyasında isə istedadlı rejissorlarımız Nərmin Həsənovanın “Cəfər ömrü”, Anar Kakayevin “Torpağa bağışlananlar” və Fahir İmamquliyevin (Fahir Səmədoğlu) “Güllələnmiş məzarlar” filmləri yarışacaq.

Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə reallaşan festival “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” mövzusuna həsr olunub. Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya, həmçinin Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları iştirak edir.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr




















20 Oktyabr