FİLM
Azərbaycan filmi Moskvada nümayiş olunacaq
16-10-2020

Rejissor Tahir Əliyevin “Qırmızı” qısametrajlı bədii filmi oktyabrın 21-dən 23-dək Moskvada keçiriləcək VIII Beynəlxalq Etnoqrafik Kinofestivalda iştirak edəcək.
Mtv.az xəbər verir ki, film valideynləri ayrıldığı üçün ucqar kənddə tək yaşayan məktəbli qız haqqındadır. Onun yeganə arzusu kəndin palçıqlı dolanbaclarında yeni qırmızı ayaqqabı ilə gəzməkdir.
“Qırmızı” filmi festivalın son günü – 23 oktyabrda nümayiş olunacaq.
Festivalda Rusiya, İtaliya, Böyük Britaniya, Fransa, Danimarka, Hindistan və digər ölkələri təhsil edən rejissorların filmləri nümayiş ediləcək.
80 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar
15 Yanvar