Hollivud ulduzu boşanmağa qərar verdi
Repçi müğəniyə 450 min dollar ödəyəcək - video
Mərhum meyxanaçı ilə bağlı yuxusunu danışdı
Tuğba Ekinci Tatlısəsə sürpriz edəcək - foto

Facebook instagram Twitter Youtube
FİLM

Filmin çəkildiyi ev satışa çıxarıldı - foto

14-10-2020


“Quzuların səssizliyi” adlı filmin çəkildiyi Perriopolisdəki ev (Pensilvaniya, ABŞ) 300 000 dollara (510 000 AZN) satışa çıxarılıb.

Mtv.az xəbər verir ki, bina filmdəki personajlardan biri - Buffalo Bill ləqəbli manyak üçün “ev” rolunu oynayıb.  Filmin ekranlara çıxdığı 1991-ci ildən bəri ev praktik olaraq dəyişməz qalıb. Yeganə fərq zirzəmidə nəhəng bir çuxurun olmamasıdır (səhnə pavilyonda lentə alınıb).

Evin özü 1910-cu ildə tikilib. Binanın həyətində hovuz, həmçinin üç avtomobil üçün ayrıca qaraj var. Satıcının dediyinə görə, içəridəki hər şey döşəmələr, taxta dekorasiya əşyaları, lampalar, qapılar və hətta kaminlər orijinal vəziyyətdə qorunub saxlanılıb.

“Bizə zəng vuran, mesaj yazan çox sayda insan var. Onlar ev ilə maraqlanmadıqlarını, yalnız filmi sevdiklərini deyirlər. Bu dəlilikdir, filmin bu qədər pərəstişkarı olduğunu bilmirdim”, - rieltor bildirib.
 







113 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Yanvar
















22 Yanvar