Hollivud ulduzu boşanmağa qərar verdi
Repçi müğəniyə 450 min dollar ödəyəcək - video
Mərhum meyxanaçı ilə bağlı yuxusunu danışdı
Tuğba Ekinci Tatlısəsə sürpriz edəcək - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Çeburaşka” bədii filmi çəkiləcək

09-10-2020


Rejissor Dmitriy Dyaçenko “Çeburaşka” tammetrajlı bədii filminin çəkilişlərinə başlayacaq.

Mtv.az xəbər verir ki, ailə komediyası janrında çəkilən filmdə tamaşaçılar əfsanəvi animasiya qəhrəmanı olan Çeburaşkanı görə biləcək. Layihənin başlanması 2021-ci ilə nəzərdə tutulub.

Filmin ərsəyə gəlməsində “Soyuzmutfilm”, “Yellow, Black and White” studiyaları ilə bərabər “Rossiya 1” və “STS” telekanalları iştirak edir. Çəkiliş zamanı müasir kompüter texnologiyalarından istifadə olunacaq.

Müəllif qrupunun rəhbəri, “Yellow, Black and White”ın baş prodüseri Vitali Şlyapponun sözlərinə görə, ekran əsəri köhnə animasiyanın tam eynisi olmayacaq, ancaq Çeburaşka mülayim, eyni zamanda, dəcəl və yekəqulaq bir heyvan kimi təqdim ediləcək.

Çeburaşka obrazını uşaq yazarı Eduard Uspenski yaradıb. Qəhrəmanın görünüşünü isə cizgi film rəssamı Leonid Şvartsman verib. “Soyuzmutfilm”in qızıl kolleksiyasına daxil olan Çeburaşka, Timsah Gena və digər qəhrəmanların 50 illik yubileyi 2019-cu ildə qeyd edilib.

100 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Yanvar
















22 Yanvar