Aktrisa biznesmen ilə evləndi
Aktrisa onunla uzaq yerdə görüşmək istəyir - foto
Model rusiyalı reperi məhkəməyə verdi - foto
Aktyorun adını daşıyan dondurma satışa çıxarıldı - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” filmi mükafat sayını artırır - foto

15-08-2020


Rejissor Şamil Əliyev “7th Art Independent International” Film Festivalına (Hindistan, Kerala) münsiflər heyətinin üzvü kimi dəvət olunub.

Mtv.az xəbər verir ki, təqdim olunan filmlərə həmyerlimizlə bərabər dünyanın tanınmış rejissorları münsiflik edəcək.

Şamil Əliyevin “Çölçü” filmi isə yenidən mükafata layiq görülüb. Film İtaliyada COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda keçirilən “Rome International Movie Awards 2020” festivalında “Ən yaxşı bədii film” mükafatını qazanıb.

Rejissorun sözlərinə görə, 2012-ci ilin istehsalı olan “Çölçü” filminin gündəmdə olmasının səbəbi ekran əsərinin qaldırdığı sualın aktuallığı ilə bağlıdır. Qloballaşan dünya ilə milli özgür mədəniyyət arasındakı antropoloji fəlakət filmin əsas məğzini təşkil edir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” filmi 5 qitəni əhatə edən 93 beynəlxalq film festivalında iştirak edərək 55-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.







61 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24


















23