Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
FİLM

“Arqument”in premyerası avqustda olacaq

31-07-2020


Amerikanın “Warner Bros” kinostudiyası rejissor Kristofer Nolanın ekranlaşdırdığı “Arqument” (Tenet, 2020) filminin premyerasını avqustun 26-na təyin edib.

Mtv.az xəbər verir ki, bu barədə kinostudiya özünün “Twitter” səhifəsində yazıb.

Kinostudiya IMAX kameraları ilə çəkilən ekran əsərinin seansına biletlərin yaxın zamanlarda satışa çıxarılacağına söz versə də gününü təyin etməyib.

Kristofer Nolanın bu yeni əsəri dünyanı xilas etməyə çalışan agentdən bəhs edir. Baş rolları Robert Pattinson və Con Devid Vaşinqton canlandırıb.

İlk olaraq filmin nümayişi iyulun 17-nə nəzərdə tutulmuşdu. Ancaq sonradan pandemiya ilə əlaqədar olaraq bir neçə dəfə təxirə salındı. Bundan öncə filmin debütü iyulun 31-nə, sonra isə avqustun 12-nə təyin edilmişdi.

137 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr
















24 Oktyabr