Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 

Facebook instagram Twitter Youtube
FİLM

Filmin çəkilişlərinə mane oldular - foto

30-07-2020


Məşhur Hollivud ulduzları Şarliz Teron və Tom Hardi arasında münaqişə “Mad Max” filminin çəkilişlərinə mane olub.

Mtv.az xəbər verir ki, bu barədə kaskadyor və dublyor Deyna Qrant danışıb.

Onun sözlərinə görə, aktyorlar arasında fikir ayrılığı film üzərində işi çətinləşdirib: “Onlar bir yerdə işləmək istəmirdilər. Buna görə mən Tomla, Tomun dublyoru isə Şarlizlə işləyirdi”.

O, gərginliyin çəkilişlərin elə ilk günündən hiss olunduğunu vurğulayıb: “Bizə nə baş verdiyini, nə etməli olduğumuzu anlatdılar. Ancaq bu, çətin idi. Çünki, adətən, hamı bir qrup şəklində işləyir, bu dəfə isə biz bölünmüşdük”.

Bundan əvvəl “Mad Max” filminin prikvelində Şarliz Teronun rolunu daha gənc aktrisaya verildiyi məlum olmuşdu. Aktrisa bu xəbəri qəbul etməyin ağır olmasına baxmayaraq, rejissor Corc Millerin seçiminə hörmətlə yanaşdığını demişdi.





109 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Oktyabr










24 Oktyabr