Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 
“Oyaq gözəl” tamaşası göstəriləcək
Serialda Azərbaycandan bəhs olundu - video

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” 6 yeni mükafata layiq görüldü - foto

23-07-2020


Rejissor Şamil Əliyevin “Çölçü” filmi Böyük Britaniya, Sinqapur və Hindistanda keçirilən onlayn müsabiqələrdə ümumilikdə altı mükafata layiq görülüb.

Mtv.az xəbər verir ki, “Çölçü” filmi “Falcon International Film Festival”da (iyun 2020, London) “Ən yaxşı bədii film” kateqoriyası üzrə mükafat qazanıb. Həmçinin, “World Film Carnival” (may–iyun 2020, Sinqapur) və “Rosebud International Film Festival”da (yanvar-iyun 2020, Hindistan) “Çölçü”nü ən yaxşı bədii film kimi mükafatlandırıblar.

“Çölçü” filmi “Panjim International Film Festival”da (aprel–iyun 2020, Hindistan) 3 kateqoriya üzrə (ən yaxşı bədii film, ən yaxşı rejissor, ən yaxşı prodüser) mükafatlara layiq görülüb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn formatda elan olunub.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, prodüseri M.Hətəmov, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.





138 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Oktyabr




















22 Oktyabr