Müğənnini "Eurovision"a göndərmək istəyir
Aktrisa sevgilisi ilə yenə barışdı
Aslan başına gələn hadisəni açıqladı
 Hülya Avşar 55 milyon lirəyə ada aldı

Facebook instagram Twitter Youtube
FİLM

"Avatar" üçün 1 milyard dollar ayrıldı

15-05-2020


Məşhur rejissor Ceyms Kemeron "Avatar" elmi-fantastik filminin bir neçə sikvelini çəkməyə hazırlaşır.

Mtv.az xəbər verir ki, rejissor lentə alınacaq filmlər üçün 1 milyard dollar (təxminən 1 milyard 700 milyon manat) büdcə ayrıldığını bildirib.

Kameron qeyd edib ki, “Avatar 2” 2021-ci ilin dekabrında, 3-cü hissəsi isə 2023-cü ildə tamaşaçılara təqdim olunacaq.

Ekran işinin uğur qazanacağı halda 2024 və 2027-ci ildə filmin daha iki bölümü çəkiləcək.

Xatırladaq ki, Ceyms Kemeron hazırda Kaliforniyadakı evində filmin kompyuter qrafikası üzərində çalışır. Pandemiyaya görə təxirə salınan “Avatar 2”nin çəkilişləri yaxın günlərdə Yeni Zellandiyada start götürəcək. Ekran işində Keyt Uinslet, Edi Falko, Una Çaplin və Mişel Yeo kimi aktyorlar çəkiləcək.

135 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28




























27