Serenay serialında rol alacaq
Serialın yayım tarixi bəlli oldu
 Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto

Facebook instagram Twitter Youtube
FİLM

"Avatar 2" filminin çəkilişləri dayandırıldı

23-03-2020


"Avatar 2" filminin Yeni Zellandiyadakı çəkilişləri dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə dayandırılıb.

Mtv.az xəbər verir ki, bu barədə ekran işinin prodüseri Con Landau məlumat verib.

O deyib: "Biz dünya böhranının dərinliyindəyik və hazırda söhbət yalnız kino sənayesi ilə bağlı deyil. Mənə elə gəlir ki, indi hər kəs koronavirus epidemiyasının azalması üçün mümkün olan hər şeyi etməlidir. Hər gün vəziyyət dəyişir. Biz baş verənləri izləməyə və "Avatar" ailəsi adlandırdığım komandamızın maraqlarına uyğun olaraq hər şeyi planlaşdırmağa çalışırıq".

Xatırladaq ki, ekran işində Keyt Uinslet, Edi Falko, Una Çaplin və Mişel Yeo kimi aktyorlar çəkiləcək.

"Avatar 2" filminin çıxışı isə 17 dekabr 2021-ci il tarixinə planlaşdırılır.

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


























29 Mart