Serenay serialında rol alacaq
Serialın yayım tarixi bəlli oldu
 Aktyor restoranını bağladı
Səmra Rəhimli videoya görə tənqid olundu - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Pərdə” filminin çəkilişlərinə başlanılır

01-02-2020


“Pərdə” filmlərinin rejissoru Emil Quliyev yeni layihəyə start verir.

Mtv.az xəbər verir ki, o, hər üç filmin aktyor heyətindən ibarət ekran işinin çəkilişlərinə başlayır.

“Mən burada tək olmuşam” adlanacaq yeni layihə dram və psixoloji triller janrındadır. Filmin ssenari müəllifləri Nicat Muxtarov, Nurlan Həsənli və Emil Quliyevdir.

Baş rolları Hikmət Rəhimov və Azər Aydəmir canlandıracaq. Həmçinin ekran işində Fəridə Şahbazlı, Nəsibə Eldarova, Zemfira Əbdülsəmədova kimi aktrisalar da çəkiləcək.

Filmin çəkilişləri, Bakı, Quba və Xaçmaz rayonunlarında reallaşacaq. Çəkilişlərə gələn aydan start veriləcək filmin, premyerası da bu ilə planlaşdırılıb.

Xatırladaq ki, E.Quliyev bu trilogiyaya aid olan “Pərdə”, “İkinci pərdə” və  “Sonuncu pərdə” filmlərini ekranlaşdırıb. 

88 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


























29 Mart