Ancelina Coli həmkarı ilə eşq yaşayır
 Məşhur aktrisa koronavirusdan vəfat etdi
Lolita qızına miras qoymayacaq
Müğənni aktrisa sevgilisi ilə barışdı

Facebook instagram Twitter Youtube
FİLM

“Vətənpərvərlik kinosu həftəsi” başa çatdı - foto

18-01-2020


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən, xalqımızın birlik və mübarizlik tarixi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr edilən “Vətənpərvərlik kinosu həftəsi” Şağan qəsəbə Mədəniyyət Mərkəzində rejissor Cəmil Fərəcovun Milli Qəhrəman Viktor Seryogin haqqında çəkdiyi “Əbədiyyətə uçuş” filminin nümayişi ilə başa çatıb.

Mtv.az xəbər verir ki, film nümayişi Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin nümayəndəsi, mərkəzinin rəhbərliyi və yaradıcı heyət tədbir iştirakçılarına Kino Həftəsinin mahiyyətindən söz açıb, Azərbaycanın Milli qəhrəmanlarının həyat yolunun və döyüş əzminin böyüməkdə olan nəsil üçün bir örnək olduğunu vurğulayıblar.

Müxtəlif millətlərin ümumi vətəninə çevrilmiş Azərbaycan daim igidlər diyarı olub və onun mərd oğulları dinindən, dilindən, milliyyətindən asılı olmayaraq ölkəmizin azadlığı, müstəqilliyi uğrunda fədakarlıqla mübarizə aparıb, bu yolda birlik və əzmkarlıq nümayiş etdiriblər.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Binəqədi Mərkəzi Mədəniyyət evində, Müşfiqabad qəsəbə Mədəniyyət evində, Nardaran qəsəbə Mədəniyyət Mərkəzində, Yasamal rayon Heydər Əliyev Mərkəzində, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində, R.Axundov adına Mədəniyyət evində, Mərdəkan Mədəniyyət Sarayında, Qaradağ rayon Heydər Əliyev Mərkəzində, A.R.Qobustanlı adına Mədəniyyət evində, Suraxanı rayon Heydər Əliyev Mərkəzində, Şüvəlan qəsəbə Mədəniyyət evində, Şağan qəsəbə Mədəniyyət Mərkəzində Milli qəhrəmanlar Seymur Məmmədova (“Qartal yuvası” filmi, rejissor Çingiz Həsənov), İqor Makeyevə (“Mən gəncəliyəm” filmi, rejissor Yavər Rzayev), Şahlar Şükürova (“Bir elin Şahları” filmi, rejissor Vəli Səyyadi), Əli Məmmədova (“Taleyin sorağında” filmi, rejissor Taleh İsmayılov), Ehtiram Əliyevə (“777” filmi, rejissor Cavid İmamverdiyev), Mikayıl Cəbrayılova (“İki əsgər” filmi, rejissor Vəli Səyyadi), Səfiyar Behbudova (“Qəhrəmanlıq zirvəsi” filmi, rejissor Kəmalə Musazadə), Rövşən Əliyevə (“Rövşən” filmi, rejissor Natiq Qurbanov), Məmməd Hüseynova (“Müəllim” filmi, rejissor Emin Əfəndiyev), Səxavət Məhərrəmova (“Məni yada salarkən” filmi, rejissor Yavər Rzayev), Viktor Seryoginə (“Əbədiyyətə uçuş” filmi, rejissor Cəmil Fərəcov) həsr olunmuş filmlər nümayiş olunub.

Qeyd edək ki, artıq üçüncü ildir həyata keçirilən bu layihənin əsas məqsədi əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.

“Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində filmlərin nümayişinə müxtəlif yaş qrupundan olan Bakı sakinləri, hərbçilər və məktəblilər cəlb edilib, mövzu ilə bağlı onlarla müzakirələr aparılaraq fikirləri öyrənilib.

Vətənpərvərlik mövzusunun bütün dövrlər üçün aktuallığını və əhalinin vətənpərvərlik ruhunda tərbiyəsində böyük önəm daşıdığını nəzərə alaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bu qəbildən olan tədbirləri gələcəkdə də müntəzəm surətdə davam etdirəcək.









100 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel








6 Aprel