Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
FİLM

 “Coker” filmi 11 nominasiya üzrə liderdir

20-01-2020


Amerika Kino Sənəti Akademiyasının 92-ci dəfə təqdim ediləcək mükafatına nominasiyalar bazar ertəsi elan olunub.

Mtv.az xəbər verir ki, rejissor Todd Fillipsin “Coker” filmi 11 nominasiya üzrə liderlik edir. Eyni zamanda, “1917”, “İrlandiyalı” və “Bir dəfə Hollivudda” filmləri hərəyə 10 nominasiya əldə ediblər.

Qadın cinsinin nümayəndələri ən yaxşı rejissor kateqoriyasından bu dəfə tamamilə kənarlaşdırılıb: bu kateqoriyada 5 nominasiyanı Martin Skorseze “İrlandiya”, Todd Fillips “Coker”, Sem Mendes “1917”, Kventin Tarantino “Bir dəfə Hollivudda” və Bonq Cun Ho “Parazit” filmlərinə görə qazanıblar. 2020-ci il “Oskar” nominasiyasında, həmçinin qaradərili aktyorlar da yer almayıb.

Xatırladaq ki, “Oskar-2020” mükafatlarının təqdim edilməsi mərasimi fevralın 9-da təşkil olunacaq. Artıq ardıcıl olaraq ikinci ildir ki, şou aparıcısız keçiriləcək.

72 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


31 Mart