Aktrisa həmkarı ilə sevgilidir - foto
 Hadisəni brend geyinir - foto
Natavan reper əri ilə barışdı - video
Aktrisa müğənnini tərk etdi

Facebook instagram Twitter Youtube
FİLM

“Mənim balaca Şahzadəm” festivalda göstəriləcək

14-01-2020


“Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Banqladeşdə keçirilən 13-cü Beynəlxalq Uşaq Filmləri festivalında iştirak edəcək.

Mtv.az xəbər verir ki, yanvarın 24-dən start götürən festivalın mükafatlandırma mərasimi yanvarın 31-də baş tutacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib. Belə ki, M.Ələkbərlinin "Balaca şahzadə" əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri animasiya hissələrinin tərkibində verilib.

84 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 Aprel


9 Aprel