Çarli Deniels 83 yaşında vəfat etdi
"Ətrafımda yetərincə kişi var" - aktrisa
Şoumen maddi sıxıntı çəkmir - foto
Serialın aktyor heyəti bəlli oldu

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” yeni mükafat qazandı - video

08-01-2020


Şamil Əliyevin “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir.

Mtv.az xəbər verir ki, “Tripvill International Film Festival 2020”nin (Hindistan, Kəlkətə) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti ekran işini “Best Narratıve Feature / Award of Excellence” (Ən yaxşı bədii film / Xüsusi mükafat) mükafatlarının qalibi elan edib.

“Tripvill International Film Festival 2020” qalibləri yanvarın 1-də açıqlayıb. Beləliklə, “Çölçü” yanvarın 12-də Hindistanın Kəlkətə şəhərində tamaşaçılara təqdim olunacaq. Mükafatın təqdimetmə mərasimi də həmin gün baş tutacaq. Qalib filmə mükafat olaraq sertifikat və heykəl təqdim olunur.

Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafat qazanıb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/6khTU0NpCaM" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

273 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
9 İyul
























8 İyul