Serengili tənqid atəşinə tutdu
"Evimiz hər an uça bilər" - Nurlan Əzizbəyli
Serial ərəb şeyxinin sifarişi ilə çəkilib 
Geyim brendi mağazalarını bağlayır

Facebook instagram Twitter Youtube
FİLM

“Ulduz müharibələri” filmi Rusiya ekranlarına çıxır

25-12-2019


“Star Wars: The Rise Of Skywalker” adı almış “Ulduz müharibələri” filminin doqquzuncu bölümü Rusiya ekranlarına çıxır.

Mtv.az xəbər verir ki, filmin rejissoru Cey Cey Abramsdır.

“Mənə elə gəlir ki, təkrarçılığa görə yeddinci və ondan əvvəlki epizodlar tənqid olunduğu kimi doqquzuncuda buna yol verilməyib. Onsuz da fanatlar hər zaman nədənsə narazı qalırlar. Bu, fanatların xoşbəxt olacağını ifadə etmir, amma son seriyada çaşqınlığa səbəb olan bütün əsas suallara cavablar verilib və franşiza mifologiyasına yenidən nəzər salınıb”, - kinotənqidçi Anton Dolin bildirib.

Rusiya Federasiyası Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının direktoru Kiril Razloqov bildirib ki, “Ulduz müharibələri” əfsanəvi əhvalatı Corc Lukasdan başlanıb. O dörd il kinostudiyaların qapısı önündə qalaraq öz ideyasını satmaq istəyirdi. Heç bir studiya onu qəbul etmək istəmirdi. Nəhayət “20th Century Fox” kinostudiyası onun bu təklifini qəbul etdi.

169 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
























25 May