Minskdə 3,6 milyona yaxın insan filmə baxıb
Repçi valyuta yaratmağı planlaşdırır
Supermodel 3-cü dəfə ana oldu
Elməddin üzləşdiyi çətinlikləri etiraf etdi

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” filmi yeni mükafat aldı

12-12-2019


Şamil Əliyevin “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir.

Mtv.az xəbər verir ki, “Near Nazareth Festıval 2019” (İsrail) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti Şamil Əliyevin “Çölçü” filmini “Ən yaxşı bədii film” mükafatının qalibi elan edib. Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunub.

Festıval dekabrın 2-5-də keçirilib. Film dekabrın 3-də İsrailin Afula şəhərində tamaşaçılara təqdim olunub.

Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafat qazanıb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar




























19 Yanvar