Seda Sayan hamını təəccübləndirdi
Cütlük yenə ayrıldı
Model toyunu təxirə saldı
Azad Şabanovun evi vaxtilə yanıb

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycan beynəlxalq film festivalına qatılır

11-12-2019


Dekabrın 12-dən 15-dək Bişkekdə “Qırğızıstan-qısametrajlı filmlər ölkəsi” adlı ənənəvi beynəlxalq film festivalı keçiriləcək.

Mtv.az xəbər verir ki, paytaxtın “Manas” kinoteatrında baş tutacaq festivalda Müstəqil Dövlətlər Birliyinin (MDB), Baltikyanı ölkələrin və Gürcüstanın kinematoqrafçıları iştirak edəcək.

Bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, builki festivalda iştirakla bağlı uzaq xarici dövlətlər və MDB ölkələrindən çoxlu müraciət daxil olub. Nümayiş üçün 14 xarici, 17 milli film seçilib.

Seçilən filmlərin arasında Azərbaycan rejissoru Teymur Hacıyevin “Duz, istiot zövqə görə” filmi də var.

Dekabrın 15-də “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Münsiflər heyətinin xüsusi prizi” və “Tamaşaçı simpatiyası prizi” nominasiyalarında qaliblər elan olunacaq.

196 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
29 May






















28 May