Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycanlı rejissor “İlin adamı” mükafatını aldı - foto

21-11-2019


Moskvada Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu – STMEGİ tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının təqdimetmə mərasimi keçirilib.

Mtv.az xəbər verir ki, Moskva şəhərində reallaşan təqdimetmə mərasimində mükafatın laureatları arasında Azərbaycan kinorejissoru Rüfət Əsədov da olub. O, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb.

R.Əsədov dağ yəhudiləri haqda üç sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi” və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir. Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib.

Xatırladaq ki, həmin mükafatın təqdimatı Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat 2015-ci ildə təsis edilib və indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib.





39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr