Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
FİLM

Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olundu

06-11-2019


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədi ilə Mədəniyyət Nazirliyi tərəfindən növbəti dəfə bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunub.

Mtv.az xəbər verir ki ki, müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər, iştirakla bağlı yaş məhdudiyyəti yoxdur. Müsabiqədə iştirak etmək üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur.

Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər noyabrın 25-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadə, ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir.

Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında ən çoxu iki film ssenarisi təqdim edə bilər. Müsabiqənin kino mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır.

Qaliblərin adları dekabrın 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.

Qalib ssenarilərin müəllifləri ilə bağlanan müqaviləyə əsasən ssenarilərin istifadə hüquqları, o cümlədən çəkiləcək filmin yaradıcı heyətinin müəyyən edilməsi istehsalçı studiyaya məxsus olur. Qalib ssenarilərə dövlət sifarişi ilə növbəti illərdə filmlər çəkilir.

Müsabiqədə iştirak yalnız qeyd olunan tələblər çərçivəsində mümkündür. Əks halda təqdim edilən işlərə baxılmayacaq.

Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr