Hollivud aktrisası evini satışa çıxardı - foto
İfaçı 123 kiloqram arıqladı - foto
Fatimə üzüyünü və sırğasını göstərdi - foto
Pop müğənnisi mobil telefondan istifadə etmir

Facebook instagram Twitter Youtube
FİLM

“Buz dövrü”nün davamı çəkiləcək

31-10-2019


Birləşmiş Ştatların məşhur “Disney” və “Fox” kinostudiyaları əfsanəvi “Buz dövrü” cizgi filminin yeni seriyalarını çəkmək niyyətindədirlər. 

Mtv.az xəbər verir ki, istər azyaşlılar, istərsə də böyüklər üçün çox maraqlı olan bu ekran əsərinin spin-off çəkilişləri 2020-ci ildə başlayacaq. Yeni seriyaların qəhrəmanı təkgözlü Bak adlı personaj olacaq. O, “Buz dövrü”nün son seriyalarında meydana çıxıb və yeni ssenarilərdə onun macəralarından bəhs olunacaq, habelə bir gözünü itirməsinin tarixçəsi veriləcək.

Xatırladaq ki, bundan əvvəl “Buz dövrü”nün üç seriyası – “Buz dövrü: Dinozavrların məhv olması”, “Buz dövrü: Kontinental axın” və “Buz dövrü: Toqquşma kursu” ekranlara çıxıb.

Bundan başqa, “Disney” və “Fox” kinostudiyaları iki dost bülbülün – Pedro və Nikonun sərgüzəştlərindən bəhs edən “Rio” cizgi filminin də yeni seriyalarını lentə alacaqlar. Hər iki filmin çəkilişinin və premyerasının vaxtı, habelə personajları hansı aktyorların səsləndirəcəyi açıqlanmır.

ABŞ-ın bu məşhur kino şirkətləri bu ilin dekabrında əsasən balaca tamaşaçılar üçün nəzərdə tutulan “Robotlar”, “Ferdinand” və digər ekran əsərlərinin ekranlara çıxacağını da bəyan ediblər.

27 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Noyabr


18 Noyabr