Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
FİLM

 “İsti çörək” bədii film “Oskar”a iddialıdır

14-10-2019


“Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına iddiaçıların siyahısına özbək rejissoru Umid Xamdamovun “İsti çörək” bədii filmi də düşüb.

Mtv.az xəbər verir ki, “Oskar” təşkilatının şərtlərinə görə, xarici film ABŞ ərazisindən kənarda çəkilməli, oradakı dialoqlar xarici dildə aparılmalı, kinolent 40 dəqiqədən çox olmalıdır.

Bu ekran əsəri Özbəkistanda münsiflər heyətinə təqdim edilən altı filmin içərisindən seçilib.

Xatırladaq ki, “İsti çörək” filmi “Kinoşok” festivalında əsas mükafata layiq görülüb. Filmdə çəkilən aktrisa Firuzə Saidova “Ən yaxşı qadın rolu”na görə mükafat alıb.

92-ci “Oskar” festivalının qalibləri 2020-ci ilin fevralında mükafatlandırılacaq.

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr








16 Noyabr