Nigar Camal Cennifer Lopesin yolunu getdi - foto
Hadisənin transparan geyim i bəyənildi - foto
Dünya şöhrətli aktrisa dünyasını dəyişdi
Model çılpaq fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
FİLM

“Malakanlar”ın çəkilişlərinə start verildi

26-09-2019


Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun rejissoru olduğu “Malakanlar” sənədli filminin çəkilişlərinə start verilib.

Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılan, “Salnamə” studiyasında lentə alınan filmin çəkilişləri Gədəbəy rayonunun  Novosaratovka kəndində baş tutub.

Xatırladaq ki, Azərbaycanda yaşayan azsaylı xalqlarla bağlı dəfələrlə sənədli filmlər çəkilib və malakanlar mövzusuna da bir neçə dəfə müraciət olunub.

Rejissor Cəmil Fərəcov bildirir ki, malakanlar haqqında çox film çəkilsə də, onların ildən-ilə azalmasını nəzərdə tutaraq yenidən bu mövzuya müraciət etməyi qərara aldıq.

Rejissor onu da qeyd edir ki, artıq çəkilişlərin ilk mərhələsi bitib, ikinci mərhələ isə İsmayıllı rayonunun İvanovka kəndində, “məhsul bayramı” gününə təsadüf edəcək, çünki məhz həmin günün bayram əhval-ruhiyyəsi filmdə öz əksini tapacaq.

Son olaraq qeyd edək ki, “Malakanlar” filminin ssenari müəllifi və rejissoru Cəmil Fərəcov, quruluşçu operatoru Üzeyir Abbas, icraçı prodüseri Kamil Məmmədov, baş prodüser Nazim Hüseynovdur.



99 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr




















15 Dekabr