Ed Şiranson on ilin ən yaxşı ifaçısı adını qazandı
Nigar Camal Cennifer Lopesin yolunu getdi - foto
Hadisənin transparan geyim i bəyənildi - foto
Dünya şöhrətli aktrisa dünyasını dəyişdi

Facebook instagram Twitter Youtube
FİLM

“Rusiya filmləri həftəsi” başladı - foto

24-09-2019


Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin və “YARAT” Müasir İncəsənət Mərkəzinin dəstəyi ilə təşkil edilmiş “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirilib.

Mtv.az xəbər verir ki, gecəni Əməkdar İncəsənət xadimi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev açıb. O bildirib ki, dalbadal beş ildir təşkil edilən “Azərbaycanda Rusiya filmləri həftəsi” iki ölkənin mədəni həyatında mühüm hadisədir. O vurğulayıb ki, Rusiya kinematoqrafı Azərbaycan tamaşaçısında böyük maraq doğurur. Bu tədbir ildən-ilə daha məzmunlu keçirilir.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Rusiya filmləri həftəsi”nin uğur qazanacağına əmin olduğunu bildirərək, bu tədbiri iki ölkə arasında dostluq münasibətlərinin parlaq nümunəsi adlandırıb.

“Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Braqin səmimi qəbula görə Bakı tamaşaçısına təşəkkür edərək deyib ki, Bakı dünyanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir. O qeyd edib ki, “Azərbaycanda Rusiya filmləri həftəsi” çərçivəsində Nizami Kino Mərkəzində 7 film, “YARAT” Müasir İncəsənət Mərkəzində üç film nümayiş etdiriləcək,

Sonra rejissor Anar Abbasovun “Döyüş” filmi nümayiş etdirilib. Film böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin tərkibinə tanınmış kinematoqrafçılar – “Tanklar” filminin rejissoru Kim Drujinin, “Damdabaca” filminin ssenari müəllifi və aktyoru Dmitri Bedarev, “Van Qoqlar” filminin rejissoru Sergey Livnev, “Əziz ata” filminin prodüseri Georgi Malkov daxildirlər. Adıçəkilən filmlər sonrakı günlərdə təqdim ediləcək.







90 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr