Müğənni kosmetika brendi yaradır
"Ona hər şey halal olsun" - Serdar Ortaç
Müğənni yeni sevgili tapdı
Samir Cavadzadə hamıdan tez oyanır

Facebook instagram Twitter Youtube
FİLM

Rusiyalı rejissorun filmi “Artım”da göstəriləcək

10-09-2019


Sentyabrın 11-də “Artım” layihə məkanında rusiyalı rejissor İvan Tverdovskinin ekranlaşdırdığı “Korreksiyaedici sinif” adlı film nümayiş olunacaq.

Mtv.az xəbər verir ki, “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində təqdim olunacaq ekran əsəri “bullinq” mövzusundadır.

Xronometrajı 98 dəqiqə olan film əlil arabası ilə hərəkət edən Lena Çexova haqqındadır. O, uzun müddət ev şəraitində təhsil aldıqdan sonra, orta təhsilini davam etdirmək üçün, onun kimi müxtəlif əlilliyi olan uşaqların oxuduğu xüsusi məktəbə təyin edilir. Filmin qəhrəmanları ilk sevgi hisslərini keçirməklə yanaşı, həm də həyatda ilk dəfə ətraf dünyanın qəddarlıqları ilə qarşılaşır...

Film rus dilində nümayiş ediləcək.

99 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Noyabr


20 Noyabr