Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

“Jara” komediya filmi nümayiş olundu

07-09-2019


“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Jara” romantik komediya filminin nümayişi olub.

Mtv.az xəbər verir ki, ekran əsərinin ideya müəllifi və prodüseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu rəssamı Masksim Alipçenko və quruluşçu operatoru Vasili Rıjovdur.

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyanın və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filipp Kirkorov, Nikolay Baskov, Qriqori Leps, Ani Lorak, Emin, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir. Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15