Aktyor xanımı  ilə Bali adasına getdi - foto
Aktyor şouya aparıcılıq edəcək
Müğənni unutmağa qərar verdi - video
Müğənnini "düşüncəsiz" adlandırdılar

Facebook instagram Twitter Youtube
FİLM

“Animafilm”in iştirakçıları bəlli oldu

12-09-2019


Bakıda oktyabrın 18-20-də keçiriləcək 2-ci “Animafilm” Beynəlxalq Animasiya festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.

Mtv.az xəbər verir ki, bu barədə festivalın təsisçisi Rəşid Ağamalıyev məlumat verib.

O deyib ki, 50 müxtəlif ölkədən 268 müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edəcək.

Seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər oktyabrın 20-də 2-ci “Animafilm” festivalının bağlanış mərasimdə elan olunacaq. Komissiyanın qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsidə yarışacaq.

Xatırladaq ki, animasiya filmləri üzrə seçim komissiyasına Rəşid Ağamalıyev, Nəzrin Əlizadə (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Piotr Ficner (Polşa) və İlenia Cotardo (İtaliya) daxildir.



26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19








18