Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

“Matriks” filminin 4-cü hissəsi çəkiləcək

25-08-2019


Amerikalı aktyorlar Kianu Rivz və Kerri-Enn Moss “Matriks” (The Matrix) filminin dördüncü hissəsində çəkiləcəklər.

Mtv.az xəbər verir ki, bu barədə “Warner Bros.” studiyasının idarə heyətinin sədri Tobi Emmerix bildirib.

Onun sözlərinə görə, ekran əsərinin rejissoru Lana Vaçovski olacaq. Bu xanım həmçinin Aleksandr Xemon və Devid Mitçell ilə birlikdə ssenarinin yazılmasında da iştirak edib.

ABŞ-ın “Variety” jurnalının yazdığına görə, filmin çəkilişləri 2020-ci ildə başlayacaq.

Xatırladaq ki, “Matriks” filmin birinci seriyası 1999-cu ildə ekranlara çıxıb. Əsər dörd “Oskar” mükafatına layiq görülüb. Sonradan filmin süjeti “Matrix: Reloaded” və “Matrix: Revolutions” seriyalarında davam etdirilib.

33 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15