Heyvansevərlər Cennifer Lopesə etiraz etdilər - video
Aktirsanın intihar səbəbi məlum oldu
Müğənni dini nikah kəsdirdi - video
Dilarə Amerikaya getmək istəyir

Facebook instagram Twitter Youtube
FİLM

“Artım”da növbəti film təqdimatı olacaq

20-08-2019


Avqustun 21-də “Artım” layihə məkanında növbəti film təqdimatı olacaq.

Mtv.az xəbər verir ki, bu dəfə rusiyalı rejissor Valeriya Qay Germanikanın “Hamı öləcək, amma mən qalacağam” nümayiş olunduqdan sonra, eyni zamanda müzakirə olunacaq.

Film - Rusiyanın ucqar rayonlarından birində, doqquzuncu sinifdə təhsil alan üç rəfiqədən bəhs edən ekran əsərində onların ilk addımlarından danışılır. Tədbirin qonağı “Sevin” Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayevadır.

Ailə birliyi necə davam edir, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir?

Cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir?

Uşağı və yeniyetməni necə “nəzərdən qaçırmaq” olar?

Yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır?

Filmin nümayişindən sonra bu və ya digər suallar Səbinə Abdullayeva tərəfindən cavablandırılacaq.

Xatırladaq ki, filmin premyerası 2008-ci il Kann Film Festivalının “Tənqid həftəsi” debüt film proqramı çərçivəsində reallaşıb və münsiflər heyəti tərəfindən “Qızıl kamera” xüsusi mükafata layiq görülüb.

50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17


15