Aktrisa çılpaqlığı çox sevir - foto
Corc Miller iki film çəkməyi planlaşdırır
Damla çaşqınlıq yaratdı - foto
Müğənni “cinsiyyətsiz” olmaq istəyir

Facebook instagram Twitter Youtube
FİLM

Tanınmış kinorejissor haqqında film çəkilir

13-08-2019


Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Əliyev (1939-2016) haqqında bədii-sənədli film çəkilir. Rejissorun 80 illik yubileyinə həsr olunmuş film ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilir.

Mtv.az xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadədir. Onun sözlərinə görə, ekran əsərində mərhum rejissorun çəkdiyi filmlərdə rol almış aktyorlar öz xatirələrini bölüşürlər. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılır.

Ekran əsəri dekabrda, Fikrət Əliyevin yubileyi ərəfəsində təhvil veriləcək. Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edir. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer alıb.

79 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22




























21