“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
FİLM

Milli Kino Günündən fotoreportaj

03-08-2019


Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 121 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Mtv.az xəbər verir ki, avqustun 2-də baş tutan mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən, bu əlamətdar günün artıq 19 ildir qeyd olunduğunu diqqətə çatdırıb.

Nazir müavini qeyd edib ki, bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, fəxri diplomun və medalın verilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin imzaladığı müvafiq sərəncamları diqqətə çatdıran nazir müavini bütün bunlara görə kino xadimləri adından ölkə başçısına minnətdarlığını ifadə edib.

Vaqif Əliyev vurğulayıb ki, Azərbaycan filmləri müxtəlif beynəlxalq kino festivallarında uğurla nümayiş olunaraq ən yaxşı film, ən yaxşı aktyor, rejissor, ssenari adlarına layiq görülüb.

Daha sonra əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən yubileyləri olan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.

Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə adına medal və təqaüdün, eyni zamanda, kinorejissor Rasim Ocaqov adına medalın təsis edildiyini bildirib.

O, qurumun ən böyük mükafatı olan “Milli Kino Mükafatı”nı Azərbaycan kinematoqrafiyasına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə, həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Şeyx Əbdül Mahmudova təqdim edib. Bildirib ki, ittifaqın 2019-cu ilin gənclər üçün təsis olunmuş “Yeni Nəfəs” Milli Kino mükafatına rejissor Fariz Əhmədov layiq görülüb.

Tədbirdə, həmçinin dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olunub.









30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23