“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
FİLM

Aktyor məşhur rəssamın obrazını canlandıracaq

29-07-2019


Böyük Britaniyalı aktyoru Benedikt Kamberbetç rejissor Uill Şarpın ingilis rəssamı Luis Ueyn haqqında bioqrafik dramında baş rolda çəkiləcək.

Mtv.az xəbər verir ki, bu barədə məlumatı “Deadline” resursu yayıb.

Aktyor etiraf edib ki, baş rolda çəkiləcəyinə, habelə belə bir əhəmiyyətli filmə prodüserlik edəcəyinə görə çox həyəcan keçirir. O əlavə edib ki, Uill Şarpın “Flauerslər ailəsi” serialı sayəsində bir neçə il rəssamın əsərlərindən böyük zövq alıb.

Aktyorun sözlərinə görə, Ueynin mənalı ömür tarixçəsini canlandıra biləcək ideal insan məhz Şarpdır. O deyib: “Biz tamaşaçılara həqiqi məhəbbətin yenilməzliyi, qüdrəti və əbədiliyi haqqında səmimi, bir qədər oynaq, lakin dərin düşüncələrə yol açan hekayət təqdim etməyi planlaşdırırıq”.

Filmin çəkilişləri avqustun 10-da Londonda başlayacaq.

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23