Müğənni modelyeri tənqid etdi
Müğənninin keçmiş sevgilisi onu məhkəməyə verdi - foto
Elnarə qız uşağı istəməyən kişiləri qınadı
Rafet El Roman aldadıldığını etiraf etdi

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycan filmləri beynəlxalq festivalda 

24-06-2019


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvləri Möhsün Quliyevin “Bastard” və Orxan Ağazadənin “Oturacaqlar” filmləri ABŞ-da keçirilən “Palm Springs” Beynəlxalq qısa film festivalında iştirak edir.

Mtv.az xəbər verir ki, “Bastard” filminin quruluşçu rejissor və ssenaristi Möhsün Quliyev, quruluşçu operator Micky Montoya, quruluşçu rəssam Dheeraj Malhan, bəstəkar Firudin Allahverdi, prodüserlər Lara Zeidan və Qurban Bunyatovdur.

Ekran əsərində rolları Toğrul Əhmədov, Zülfiyyə Qurbanova, Roman Huseynov, Bayram Muradlı, Gülər Babayeva və başqaları canlandırıblar.

“Oturacaqlar” filminin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimdir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.



131 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Oktyabr


17 Oktyabr