Aktrisa qırmızı paltarı ilə poz verdi - foto
Prodüser təcavüz etdiyini boynuna aldı
Əməkdar artist duet ortağına qadağa qoydu
Elman koreyalı model ilə evləndi - foto

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda Animasiya Festivalı keçiriləcək - foto

07-06-2019


ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi bu il oktyabr ayında Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq.

Mtv.az xəbər verir ki, uşaq münsiflər heyətinə üzvlər seçimini Azərbaycanın tanınmış animasiya rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov həyata keçirəcək.

Bu il oktyabrın 18-21-də keçiriləcək tədbir üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Festivalın keçirilməsində məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları bir araya gətirməkdir. Builki festival Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbir olan Birinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının (2018) davamıdır.

Təşkilatçılar builki festivalda uşaqlardan ibarət münsif heyətinə qoşulmaq hüququnun şərtlərini elan edir. Belə ki, ”Ən yaxşı uşaq animasiya filmi”müsabiqəsinin qalibini 5 nəfər uşaqdan ibarət olan münsiflər heyəti müəyyən edəcək. Bunun üçün aşağıdakılar tələb olunur:

1. Yaş məhdudiyyəti: 7-13 yaş;

2. Azərbaycan dilində sərbəst danışmalıdır. Festival beynəlxalq səviyyəli olduğu üçün uşaqların ingilis dili bilməsi arzuolunandır, amma şərt deyil.

3. Uşağın motivasiya məktubu. Məktub bu mövzuları ehtiva etməlidir:

o Motivasiya məktubunun başlanğıcında özü haqqında qısa məlumat;

o Animasiya filmlərinə diqqətinin səbəbi;

o Ən çox sevdiyi animasiya filmi;

o Janr baxımından ən çox baxdığı animasiya filmləri;

o ANİMAFİLM festivalının uşaq münsif heyətində iştirak etmək istəyinin səbəbi;

o Münsif qismində əsaslanacağı meyarlar;

o ANİMAFİLM festivalı haqqında bildikləri.

4. Məktuba bunlar əlavə olunmalıdır:

o Hər hansı bir animasiya filminə dair esse (şrift Arial, ölçüsü 12, sətirlərarası məsafə 1.15, 1 səhifəyə qədər);

o Uşağın bir ədəd rəngli fotoşəkli (ölçü 3x4); o Valideynlər tərəfindən imzalanmış icazə forması (formanı BURDAN yükləmək olar). 5. Müraciətlər 10 iyun, 2019-cu il tarixinədək animafilm.biaf@gmail.com e-poçt ünvanına göndərilməlidir.

Nəticələr iyunun 14-də açıqlanacaq.

 







586 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr




















14 Dekabr