Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi
Alman modelin yarıçılpaq fotosu

Facebook instagram Twitter Youtube
FİLM

“Əl ələ” filmi mükafata layiq görüldü

25-05-2019


Fransalı rejissor Luiz Kurvuazyenin çəkdiyi “Əl ələ” (Mano a mano) filmi 72-ci Kann kinofestivalının tələbələr üçün “Cinefondation” filmləri konkursunda əsas mükafata layiq görülüb.

Mtv.az xəbər verir ki, bu barədə müsabiqənin münsiflər heyətinin rəhbəri Kler Deni bildirib.

İyirmi üç (23) dəqiqəlik kinolentdə sirk akrobatları Ebbi və Lukun başlarına gələn hadisələrdən danışılır. Onlar şəhərləri dolaşaraq bir çox problemlərlə üzləşirlər.

“Cinefondation” müsabiqəsindəki ikinci mükafatı amerikalı rejissor Riçard Van “İşarə” (Hieu) filminə görə qazanıb. Film Amerika-Vyetnam ailəsinin həyatından bəhs edir.

Tələbələrin kino müsabiqəsində 3-cü yeri isə fələstinli Vizam Al Cafari (Atmosfer) və Polşa təmsilçisi Barbara Rupik (Duşeçka) bölüşüblər.

K.Deni bütün rejissorlara təşəkkürünü bildirərək onlara yaradıcılıq uğurları arzulayıb. “Biz sizin filmlərinizə baxmaqdan çox razı qaldıq. Bütün işlər çox maraqlı və layiqlidir”, - deyə K.Deni bildirib.

125 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


21