Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Mateo Falkone” yeni versiyada təqdim olundu - foto

23-05-2019


Mayın 22-də Nizami Kino Mərkəzində “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib.

Mtv.az xəbər verir ki, “Balans” milli rəqəmsal studiyasında bərpa edilən film görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ərəfəsində gerçəkləşib. Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond və “Balans” studiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Film Prosper Merimenin novellası əsasında çəkilmiş milli kinomuzun qızıl fonduna daxildir.

Tədbirdə 1960-cı ildə lentə alınan film haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" kinosu ölkəmizdə ilk rəqəmsallaşdırılmış filmdir. Filmin yeni versiyası üç ay ərzində ərsəyə gəlib.

Tədbirdə Xalq artistləri Cənnət Səlimova, Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları film haqqında öz təəssüratlarını bölüşüblər. Bu işin böyük zəhmət və əmək nəticəsində ərsəyə gəldiyini söyləyiblər.

Qeyd edilib ki, Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov filmin yaranmasına öz töhfələrini veriblər.

Tofiq Tağızadənin ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev filmin yeni versiyada bərpasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə filmə ilk baxış olub.









50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun