Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycan filmləri İranda nümayiş olundu - foto

08-05-2019


Aprelin 29-dan mayın 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu “Vareş” Beynəlxalq Film Festivalı keçirilib.

Mtv.az xəbər verir ki, “Qanadsız möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmlərimiz festivalının müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmləri “Azərbaycan proqramı” çərçivəsində festival günlərində İran tamaşaçılarına nümayiş etdirilib.

Festivalda, həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilib, milli kinomuzun tarixi və bu günü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına və KİV-lərinə ətraflı məlumat verilib.

Festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra Mirrza və prodüser Elşən Əliyev təmsil ediblər.







85 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul