Duet ortaqları evləndilər
Hazal Kaya hamilə olduğunu etiraf etdi
Fatimə sosial şəbəkədə yazdı 
Model pəncərə qarşısında çılpaq şəkil çəkdirdi

Facebook instagram Twitter Youtube
FİLM

Azərbaycan filmi beynəlxalq festivala dəvət aldı

11-04-2019


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Belçikada keçirilən Brüssel Qısa Film Festivalının Beynəlxalq və “Next Generation” müsabiqə mərhələlərinə dəvət alıb.

Mtv.az xəbər verir ki, Brüssel şəhərində təşkil ediləcək festival aprelin 25-dən mayın 5-dək davam edəcək.

Azərbaycan və İngiltərə birgə istehsalı olan ekran əsərinin ssenarisi və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Vard, quruluşçu rəssamı və kostyum dizaynı Lara Zeidan, musiqisi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.

56 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May


24 May