Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
FİLM

 Kiyevdə Xocalı ilə bağlı tamaşa göstəriləcək

17-02-2019


Ukraynada paytaxt Kiyevdə Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində geniş teatr tamaşası təqdim olunacaq.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və UABD-nin təşkilatçılığı ilə baş tutacaq teatr tamaşası fevralın 22-də, yerli vaxtla saat 18:00-da şəhərin “Bravo” Dramatik Teatrında (O. Qonçarova küçəsi 79) təqdim olunacaq.

E. Eyvazlının “Böyüməyən uşaqlar” kitabı əsasında artıq bir ildir ki, aparılan hazırlıq əsasında səhnələşdirilən tamaşanı Ukraynanın “Çernıy kvadrat” tetarı oynayacaq. Tamaşanın quruluşçu rejissoru Yuriy Klatskin, ideya müəllifi UABD sədr müavini Murad Cəfərov, layihə rəhbəri isə UABD sədri Hikmət Cavadovdur. Layihənin gerçəkləşdirilməsinə Ukraynadakı digər azərbaycanlı diaspor təşkilatları da qoşulur. Təqdimatda Xocalı soyqırımı günü azərbaycanlıların nəşlərini və yaralıları daşıyaraq xilas edən, UABD tərəfindən ərsəyə gələn “Cəhənnəmi görmüş pilot” sənədli filminin qəhrəmanı, Sovet Ordusunun ukraynalı zabiti Leonid Kraveç də iştirak edəcək. Tamaşa ilə bağlı artıq bütün ölkə üzrə afişalar yayılıb, onun səhnələşdirilmə zamanı gələcəkdə müxtəlif məkanda yayılması üçün videoçəkilişi də aparılacaq. Tamaşa Ukraynanın müxtəlif elitasından qonaqlar da dəvət olunacaq. Bu, UABD-nin Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün ilk layihəsi deyil, buna qədər müxtəlif səpkidə daha bir neçə layihələri olub.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı qəsəbəsində erməni silahlıları tərəfindəna zərbaycanlılara qarşı soyqırımı törədilib. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

888 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19