Madonna 61 yaşını çılpaq keçirdi - foto
Aktrisa bahalı malikanə aldı
Aktyora yeni iş təklif olundu
Müğənni Bahh Tee sağaldı

Facebook instagram Twitter Youtube
FİLM

Maykl Ceksona aid film təqdim olundu

08-02-2019


Sosial şəbəkədə mərhum ulduz Maykl Cekson haqqında çəkilən sənədli film "Leaving Neverland"ın (Mən mavi deyiləm" videosu yayılıb. 

Mtv.az xəbər verir ki, "Sandens" kinofestivalında təqdim olunan ekran işində Ceksonun müsahibələrindən, arxiv videolarından istifadə olunub. Ən çox müzakirə edilən hissə isə onun sənədli film üçün 1996-cı ildə Nyu-Yorkda çəkiliş edilən zaman pedofil olması haqda verilən sual və cavabı olub. 

Pop-musiqinin kralı yetkinlik yaşına çatmayan Cordan Çendler, Brett Barnson və "Evdə tək" filminin qəhrəmanı Makolee Kalkinə qarşı etdiyi seksual təcavüzlə bağlı suala münasibət bildirib. Vəkilinin məsləhəti ilə Cekson ilk olaraq sualdan imtina edir. Eyni zamanda isə o gülür, əli ilə üzünü gizlədir, narahat şəkildə stulda tərpənir. 

Sual-cavab zamanı Maykl bir neçə ifadə də işlədib. Özünü "qara adam" adlandıran müğənni dəri rəngini ağartmasından da imtina edib. Maykl eyni zamanda "Mən mavi deyiləm" sözlərini işlədib. 

İsus Hristosun uşaqlarla münasibətini xatırladan Cekson özünü onunla müqayisə edib.

Müğənni deyib: "İsus uşaqlarla mülayim olmağı, onlarla onlar kimi danışmağı məsləhət görür: gənc, günahsız, təmiz və düzgünlük. O, hər zaman ətrafına uşaqları yığırdı. Məni də belə böyüdüblər. Həyatım boyunca ona bənzəməyə çalışmışam". 

1117 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10 İyul


























9 İyul