Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
FİLM

“Çölçü” beynəlxalq mükafat aldı

05-02-2019


Azərbaycan istehsalı olan “Çölçü” filmi “L’Age d’Or International Arthouse” Film Festivalının bu ilin yanvar ayı üçün “Ən yaxşı bədii film” (“Çölçü”), “Ən yaxşı rejissor” (Şamil Əliyev), “Ən yaxşı aktrisa” (Salome Demuria), “Ən yaxşı ikinci plan aktyoru” (Vidadi Həsənov) mükafatlarına layiq görülüb.

Mtv.az xəbər verir ki, bu barədə filmin rejissoru Şamil Əliyev bildirib.

Onun sözlərinə görə, bu mükafatlara layiq görülməklə film, eyni zamanda, “Pıgeon D’or Awards” mükafatının nominantı da elan olunub. Bu mükafat bu ilin oktyabrında Hindistanın Kolkata şəhərində təqdim olunacaq.

“Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 43 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.



909 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23