Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Ad günü” festivalda uğur qazandı

24-01-2019


Brüssel İncəsənət Sarayında (BOZAR) Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində artıq ikinci ildir təşkil edilən “Bridges” (“Körpülər”) Film Festivalı çərçivəsində azərbaycanlı rejissor Hilal Baydarovun “Ad günü” sənədli filmi nümayiş olunub.

Mtv.az xəbər verir ki, film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib. Filmin nümayişindən sonra rejissor tamaşaçıların suallarını cavablandırıb.

1987-ci ildə Bakıda anadan olan rejissorun ilk bədii filmi – “Adsız yüksəkliklər” (2018) Monreal (Kanada) və Kotbus (Almaniya) festivallarında göstərilib. Bundan sonra o, “Ad günü” və “Bir gün Səlimpaşa”da sənədli filmlərini çəkib. “Ad günü” ötən il Sarayevo Beynəlxalq Sənədli Filmlər Festivalında mükafat qazanıb.

Xatırladaq ki, yanvarın 21-dən etibarən Bakıdakı “Flame Towers”də yerləşən “Park Cinema”da Hilal Baydarovun “Adsız yüksəkliklər” bədii filminin nümayişinə başlanılıb. Xronometrajı 93 dəqiqə olan ekran əsəri fəlsəfi problemdən – insanın təbiət qarşısında diz çökməsindən bəhs edir.



976 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr