Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
FİLM

Bakıda Film Festivalı olacaq

24-01-2019


Bakı ilk dəfə yanvarın 25-dən etibarən İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək.

Mtv.az xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaq.

“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.

871 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19