“Rembo” filminin yeni treyleri nümayiş olundu
Hadisə əvvəllər çörək sexində işləyib
Hollivud ulduzları birlikdə yemək yedilər - foto
Günay İbrahimli İzmirdə dincəlir - foto

Facebook instagram Twitter Youtube
FİLM

"Əfsanə qayıdır"ın yayımı dayandı

08-01-2019


"Əfsanə qayıdır" filminin bir neçə kinoteatrda yayımı dayandırılıb. 

Mtv.az xəbər verir ki, bu barədə ekran işinin rejissoru Emil Abdullayev sosial şəbəkədə yazıb.

O, kinoteatrlardan gileylənib: "Bu gündən etibarən “Əfsanə qayıdır” filmi ancaq Nizami Kinoteatrında yayımlanacaq. Bununla bağlı dünəndən bəri mənə çox sayda zənglər, sms-lər gəlir ki, niyə belə olub? İstəyirəm birdəfəlik burada açıqlamasını verim. 27 dekabrdan Nizami Kinoteatrı və "Park Cinema" şəbəkələrində yayıma başlayan “Əfsanə qayıdır” filmi ilk həftəsindən "Park Cinema"da ədalətsiz seans bölgüləri ilə üzləşdi. İlk 5 gününü fotoda da gördüyünüz kimi (Fotodakılar dolu zalların bir qismidir) verilmiş dəxlisiz saatlara baxmayaraq demək olar ki, bütün seansları tam olaraq doldurub. 

Bu cür anşlaq etməsinə rəğmən "Park Cinema" seans sayını artırmaq əvəzinə filmin ilk həftəsonunda 5 seansa endirdi. Seans saatları bunlar idi: 10:00, 12:00, 23:00, 00:30, 02:30. Bu gün filmin yayımının 10-cu günündə filmin "Park Cinema" şəbəkələrində yayımı dayandırıldı. Bu baş verənlərin nə demək olduğunu həm anladım, həm də anlamadım. 1 il 2 ay üzərində yüzlərlə insanın əziyyəti, zəhməti olan rəng, səs, qrafika işləri Türkiyədə olmuş, çox böyük maliyyə yatırımı edilmiş filmi beləcə, bilərəkdən batırmağa çalışdılar. 

Mən bir rejissor kimi 28 noyabr 2014-cü ildə xarici filmlərin ölkədə qaz vurub qazan doldurduğu vaxtda, ilk yerli kommersiya filmini çəkib kinoteatrlarda yerli filmlərin önünü açmağa vasitəçilik etmiş insanlardan biriyəm. Ölkədə yerli-xarici filmlər arasında ən çox izlənən 2 filmin rejissoruyam. "Əfsanə qayıdır" filminin prodüsseri, rejissoru və ssenaristlərindən biriyəm. Mənə dəstək olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. 

Hər zaman dövlətim, millətim üçün yaxşı nəsə etməyə çalışmışam. Hər zaman Azərbaycan filminin inkişafına çalışmışam. Nə dərəcədə bacardığımı bilmirəm, amma bundan sonra da bunun üçün çalışmağı özümə borc bilirəm. Bu baş verən haqsızlıqları açıqlamaqda məqsədim mənim kimi min bir əziyyət, zülm çəkərək film ərsəyə gətirən yaradıcı insanların ehtiyatlı davranıb, bu tip oyunlara gəlməsinin qarşısını almaqdır. “Əfsanə qayıdır” filmini izləmək istəyənlər Nizami Kinoteatrının bizə ayırdığı yetərli seanslarda izləyə bilərsiz".

Xatırladaq ki, filmdə baş rolları əməkdar artist Dilarə Əliyeva, aktyorlar Fərda Xudaverdiyev və Nicat Rəhimovun canlandırırlar.

929 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24




















23