Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Şollerin arxivi” ilin ən uğurlu filmidir

31-12-2018


“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub, 6 ayda iyirmi beynəlxalq festivalda uğur əldə edərək Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi müəyyənləşdirilib.

Mtv.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O bildirib ki, film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamın icrası çərçivəsində çəkilib. Ekran əsəri Avropa mədəniyyətindən, alman-Azərbaycan dostluğundan bəhs edir. İyirmi beynəlxalq festivalda uğur qazanan film beş festivalda qızıl mükafata layiq görülüb. Dekabr ayında ekran işi daha üç festivalda qələbə uğrunda mübarizəyə qoşulub. Film Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii film” adını qazanıb. Həmçinin bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın jurnalına daxil edilib.

Baş prodüser hesab edir ki, bu film Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəridir.

Bildirilib ki, ABŞ, İngiltərə və Yaponiya kinoteatrlarında nümayiş etdirilən film “Oskar”ın siyahısına düşməyin bir addımlığındadır.

Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Gəncə Dövlət Dram Teatrının aktyorları Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Şirzad Pirallahı və başqaları rol alıblar.

Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması diqqətə çatdırılıb. Film real hadisələrə əsaslanır. (Azərtac) 













836 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun