“Uzundıraz” filmi kinofestivalın qalibi oldu
Səmra Rəhimli “Jara”nı sevir
Elnur Məmmədov saxtakarlıqla üzləşdi
Caz ifaçısı səhnədə türk qəhvəsi içdi

Facebook instagram Twitter Youtube
FİLM

“Əfsanə qayıdır” filminin gala gecəsi oldu

28-12-2018


“Əfsanə qayıdır” filminin gala gecəsi baş tutub.

Mtv.az xəbər verir ki, ekran işinin yaradıcı və aktyor heyəti Nizami Kino Mərkəzində yığışıb. Komediya janrında olan filmin rejissoru Emil Abdullayevdir. 

"Əfsanə qayıdır"da əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis, aktyorlar Fərda Amin, Nicat Rəhimov, Ülfət Bəşir rol alıblar. Gecədə aktyorlar və rejissor qırmızı xalçaya keçərək sualları cavablandırıblar.

D.Əliyeva filmdə qısqanc qadın obrazını canlandırdığını söyləyib: “Bu filmdə mən Əfsanə obrazını canlandırıram. Həyat yoldaşımı isə “Vicdan haqqı” serialından yaxşı tanıdığınız əməkdar artist Elxan Yunis oynayıb. Obrazıma gəldikdə isə, Əfsanə varlı ərini qısqanan, daim onun şəxsi həyatında nə isə axtaran və tez-tez gülməli hadisələrlə rastlaşan bir xanımdır. Mənəvi baxımdan kasıb olan obrazım adicə brilyantlarını yatanda da çıxartmır. Çəkilişlərimiz həm Qubada, həm də Bakıda olub. Ssenarini mən və digər aktyorlar da çox bəyənib. Ssenari gözəl olanda, biz də həvəslə oynayırıq. Ümid edirəm ki, tamaşaçılar bu obrazımı da bəyənəcəklər”.

Aktirsa Ülfət Bəşir isə çəkiliş zamanı kaskadyordan imtina edərək, ikinici mərtəbədən özü atlanaraq, xəsarət alıb: “Bu günə kimi bir neçə film təklifi gəlib, onlara yox demişəm. Amma bu işi Emil etdiyinə görə məmnuniyyətlə razılıq verdim. Onun işlərinə bələdəm. Çəkilişlər olduqca maraqlı keçdi”.

Filmi izləməyə gələnlər arasında digər sənət adamları da yer alıblar. 

895 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun
























25 İyun