Ledi Qaqa mükafatlarını hamamda və mətbəxdə saxlayır
Özcan Dəniz 25 min lirə aliment ödəyəcək
Murad Arif klipini Budapeştə çəkdi - video
Günay sevgilisi ilə Mersində - foto

Facebook instagram Twitter Youtube
FİLM

 “Son iclas” filminin Tbilisidə təqdimatı oldu - foto

21-12-2018


Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filminin Tbilisi şəhərində təqdimatı olub.

Mtv.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş film Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

Filmdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən fəal rəhbərlərinin yaxından iştirakı ilə əzab-əziyyət, mübarizələr sayəsində əldə olunan müstəqilliklə bağlı respublikanın son dövrlərində verilən çətin qərarlardan bəhs edilir.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma zərurətindən, xalqımızın dövlətçilik tarixindəki rolundan danışıb. Bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və bu respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

D.Həsənov Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib. Bildirib ki, bu gün “Son iclas” filminin nümayişi Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdəndir. Filmdə Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs olunur və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyi əks etdirilir. Qeyd edilib ki, film bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Daha sonra “Son iclas” filmi ingilis dilində gürcücə subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar sırasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr olublar. Film izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Ekran əsərinə tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə müsahibəsində filmin yüksək peşəkarlıqla hazırlandığını deyib. Bildirib ki, film onda çox güclü təəssürat yaradıb.

Politoloq deyib: “Ekran əsərinə sona qədər demək olar ki, bir nəfəsə tamaşa etdim. Çox emosionallıqla hazırlanan bu ekran əsəri maraqlı faktlarla zəngindir. Təəssüf ki, Gürcüstanda ilk respublikanın yaradılmasının 100 iliyinə həsr olunmuş belə film hazırlanmayıb”. (Azərtac)













954 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 İyun


25 İyun